İspan futbolçu gələn mövsümün sonunadək "Turan Tovuz"da
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Mediasport.az xəbər verir ki, qərblilər Alexandro Serrano ilə anlaşmanın müddətini 1 illik artırıblar.
29 yaşlı ispan futbolçu növbəti mövsümün sonunadək komandada qalacaq.
Xatırladaq ki, "Turan Tovuz" daha əvvəl Şəhriyar Əliyev, Aleks Souza və Emmanuel Hakmanla anlaşmanı uzadıb.