"Paris-2024"ün qalibi: "Prezidentin məni təltif etməsi qürurvericidir"

"Paris-2024"ün qalibi: "Prezidentin məni təltif etməsi qürurvericidir"

Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bağlı təəssüratlarını bölüşüb.

Mediasport.az xəbər verir ki, o, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə ilə təltif olunduğu üçün sevincli olduğunu bildirib:

"Prezident İlham Əliyevə idmana və paralimpiyaçılara diqqətinə görə təşəkkür edirəm. İkinci dəfə paralimpiadada iştirak edirdim. Bu dəfə çempion ola bildim. Mənə dəstək olan məşqçilərimə, ailəmə, məşqçilərə, Milli Paralimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə minnətdaram. Prezidentin məni təltif etməsi qürurverici hissdir".

Xatırladaq ki, idmançımız T12 kateqoriyası üzrə uzunluğa tullanma yarışında çempion olub.