Mahmud Qurbanov: "Tovuza revanş almaq üçün gəlmişdik, amma..."
"Düşünürəm ki, maraqlı oyun oldu. Tovuza 3 xal qazanmaq üçün gəlmişdik”.
mediasport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Mahmud Qurbanov “Turan Tovuz”la heç-heçə etdikləri oyundan (2:2) sonra deyib.
Təcrübəli çalışdırıcı daha sonra yerli azarkeşlər haqda verilən sualı belə cavablandırıb:
“Azarkeşlər futbolun bəzəyidi. Azarkeşlərin stadionda çox olması futbolçular üçün yaxşıdı. Tovuz azarkeşləri möhtəşəm idi. İstər Tovuz, istər Gəncə və başqa bölgə klublarımızın azarkeşləri futbola rəng qatır”.
Qurbanov heç-heçə ilə bağli bunları sozlərinə əlavə edib:
“Biz ilk dövrədə “Turan Tovuz”a uduzmuşduq. Bura revanş üçün gəlmişdik. Ancaq heç-heçəyə narazı deyiləm”.