"Turan Tovuz" Superliqa və 1-ci Liqa klubları ilə qarşılaşacaq

"Turan Tovuz" Superliqa və 1-ci Liqa klubları ilə qarşılaşacaq

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin kimliyinə aydınlıq gəlib.

Mediasport.az xəbər verir ki, Qurban Berdıyevin komandası iyulun 18-də Türkiyə 1-ci Liqa təmsilçisi “Pendikspor”, 22-də Superliqa klubu “Adana Dəmirspor”la qarşılaşacaq.

Tovuzluların son yoxlama matçı iyulun 25-də 1-ci Liqa klubu “Kocaelispor” olacaq.