Fiziki təzyiqə cəhd göstərən klub rəsmisinə 5 oyunluq cəza verildi

Fiziki təzyiqə cəhd göstərən klub rəsmisinə 5 oyunluq cəza verildi

"Kəpəz" Azərbaycan Premyer Liqasının 4-cü turunda "Səbail"ə uduzub - 0:4.

Mediasport.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra "Kəpəz" klubunun analitiki İlkin Verdiyevi KİV nümayəndəsinin çəkiliş aparmasına mane olub və ona fiziki təzyiq göstərməyə cəhd edib.

Nəticədə, İntizam Komitəsi onu ikisi şərti olmaqla 5 oyun cəzalandırıb, klub isə 4000 manat cərimələnib. Sınaq müddəti üç ay təyin edilib.