Azərbaycan Premyer Liqası: İkinci dövrənin ilk turunda 18 qol vuruldu

Azərbaycan Premyer Liqası: İkinci dövrənin ilk turunda 18 qol vuruldu

Azərbaycan Premyer Liqasının 10-cu turunda 18 qol vurulub. 

Mediasport.az xəbər verir ki, "Sumqayıt" - "Turan Tovuz" oyununda 6 (2:4), "Kəpəz" - "Qarabağ" matçında 5 (0:5), "Neftçi" - "Səbail" görüşündə 4 (3:1) qol qeydə alınıb. 

Digər 2 qarşılaşmada məhsuldarlıq aşağı olub. "Zirə" - Sabah” oyunu 1:1, "Şamaxı" - "Araz-Naxçıvan" görüşü 0:1 hesabı ilə bitib.

Beş oyununda 18 qolun vurulduğu turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, mövsümün ikinci göstəricisidir.

Yalnız 8-ci turda daha çox - 19 qol vurulub.

Mövsümdə 4-cü dəfə orta məhsuldarlığın 3-dən yuxarı olması qeydə alınıb. Bu rəqəm 8-ci turda 3,80, 7-ci turda 3,40, ilk oyun həftəsində 3,20 olub.