"Kəpəz" ispan Kərimin keçidini həll etdi, Ehtiramla anlaşmanı uzatdı
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" Mərakeş əsilli ispaniyalı Kərim Lkoçanı transfer edib.
Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Futbolçunun son iş yeri Andorranın "Santa Koloma" klubu olub.
Gəncə təmsilçisi ötən mövsümdən komandada çıxış edən müdafiəçi Ehtiram Şahverdiyevlə də yeni anlaşma əldə edib.
Razılaşma "1+1" illik nəzərdə tutulub.