"Turan Tovuz"da 2 yeni müqavilə
"Turan Tovuz" 2 yeni müqavilə bağlayıb.
Mediasport.az xəbər verir ki, Qurban Berdıyevin komandası müdafiəçi İbrahim Ramazanovu heyətinə cəlb edib.
"Qəbələ"nin yetirməsi olan Azərbaycanın U-21 millisinin 19 yaşlı üzvü ilə 2 illik müqavilə imzalanıb.
O, ötən mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb.
Qərb təmsilçisi aparıcı futbolçu Roderik Millerlə də yeni anlaşma bağlayıb. Panama millisinin müdafiəçisi ilə yeni müqavilə 2025-2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub.
Cənubi amerikalı tovuzluların heyətində Premyer Liqada 32 oyun keçirib və 6 qol vurub.