Azərbaycan klubunun müqavilə bağladığı futbolçuya ölkəmizdə yaşamaq icazəsi verilmədi
Yenidən Premyer Liqada çıxış edəcək “Şamaxı” xoşagəlməz hadisə ilə üzləşib.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırmaq məcburiyyətində qalıb.
Buna Namibiya millisinin üzvünün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilməməsi səbəb olub.
Bu səbəbdən tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
Xatırladaq ki, Ayxan Abbasovun komandası afrikalı müdafiəçi ilə 1 illik müqavilə imzalamışdı.