"Milan" "Real"ı, "Liverpul" "Bayer"i, "Sportinq" evdə "Mançester Siti"ni məğlub etdi - 4-cü tura start verildi

"Milan" "Real"ı, "Liverpul" "Bayer"i, "Sportinq" evdə "Mançester Siti"ni məğlub etdi - 4-cü tura start verildi

UEFA Çempionlar Liqasının əsas mərhələsində 4-cü tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Turnirin son qalibi "Real" gözlənilmədən Madriddə "Milan"a uduzub.

"Liverpul" İngiltərədə son Almaniya çempionu "Bayer"i (Leverkuzen) 4 cavabsız qolla üstələyib.

İddialı "Mançester Siti" isə sürpriz şəkildə Portuqaliyada "Sportinq"ə məğlub olub.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi "Bolonya" (İtaliya) - "Monako" (Fransa) duelində qonaqlar qələbə qazanıblar.

UEFA Çempionlar Liqası. Əsas mərhələ. 4-cü tur

PSV (Niderland) - "Jirona" (İspaniya) 4:0

"Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 1:4

"Bolonya" (İtaliya) - "Monako" (Fransa) 0:1

"Borussiya" (Dortmund, Almaniya) - "Şturm" (Avstriya) 1:0

"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) 3:1

"Lill" (Fransa) - "Yuventus" (İtaliya) 1:1

"Liverpul" (İngiltərə) - "Bayer" (Leverkuzen, Almaniya) 4:0

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) 4:1

"Real" (İspaniya) - "Milan" (İtaliya) 1:3