"Qəbələ" qələbə ilə yekunlaşdırdı

"Qəbələ" qələbə ilə yekunlaşdırdı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” üçüncü yoxlama oyununu keçirib. 

MediaSport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Boludakı hazırlıq prosesi çərçivəsindəki son görüşündə Şimali Makedoniya təmsilçisi “Qostivar”la qarşılaşıb.

Görüş "qırmızı-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:1

Xatırladaq ki, bunadək Boluda daha iki matça çıxmış Qəbələ təmsilçisi Moldovanın “Sukleya” klubuna qalib gəlib (4:2), Rusiyanın “Orenburq” komandası ilə bərabərə qalıb - 1:1.