Zirədən Afrikaya dəvət
"Zirə"nin legioneri İssa Cibrilla növbəti dəfə Niger millisinə dəvət edilib.
Mediasport.az xəbər verir ki, 27 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsinin Tanzaniya və Zambiya ilə görüşləri üçün yığmağa cəlb olunub.
Vinger 2020-ci ildən formasını geyindiyi yığmada 18 oyun keçirib, 4 qol vurub.