Avroliqada püşk atıldı

Avroliqada püşk atıldı

Futbol üzrə UEFA Avropa Liqasında da mövsümün sonuncu püşkü atılıb.

mediasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 1/4 və yarımfinal cütlükləri bəlli olub.

Eyni zamanda final görüşündə hansı komandanın nominal meydan sahibi olacağı aydınlaşıb. 

1/4 final mərhələsinin ilk matçları aprelin 13-17-də, yarımfinal qarşılaşmaları isə 11-18 may tarixində keçiriləcək. 

Final isə mayın 31-də, Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq. 


1/4 final mərhələsi

“Mançester Yunayted” (İngiltərə) - “Sevilya” (İspaniya)

“Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya)

“Bayer” (Almaniya) - “Union” (Belçika)

“Feyenoord” (Niderland) - “Roma” (İtaliya)


Yarımfinal

1. “Yuventus” (İtaliya)/“Sportinq” (Portuqaliya) cütünün qalibi - “Mançester Yunayted” (İngiltərə)/“Sevilya” (İspaniya) cütünün qalibi

2. “Feyenoord” (Niderland)/“Roma” (İtaliya) cütünün qalibi - “Bayer” (Almaniya)/“Union” (Belçika) cütünün qalibi


Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi