Yeniyetmə cüdoçular Göygöldə təlim-məşq toplanışına qatılıblar

Yeniyetmə cüdoçular Göygöldə təlim-məşq toplanışına qatılıblar

Göygöl Olimpiya İdman Kompleksində müxtəlif regionlardan olan yeniyetmə cüdoçular təlim-məşq toplanışı keçiblər.

Mediasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan hazırlıq prosesində on gün ərzində 100-ə yaxın potensiallı idmançı peşəkarlıq səviyyəsinin və hazırlıq göstəricilərinin artırılması məqsədilə intensiv məşq proqramında iştirak edib.

Təlim-məşq toplanışı gələn il keçiriləcək 18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədi daşıyıb.