"Qarabağ"ın legioneri "Olimpiakos"a qarşı oynamayacaq?
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Olimpiakos”la oyunu buraxa bilər.
MediaSport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Monteneqro millisinin düşərgəsində zədə alıb.
Premyer Liqanın 8-ci turunda “Neftçi”yə qarşı oynayan Yankoviçin durumu bir qədər ağırlaşıb. Onun Yunanıstan səfərində Ağdam klubuna kömək edə bilməyəcəyi ehtimalı var.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək “Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da Pireydə, "Georgios Karaiskakis" stadionunda oynanılacaq.