Yığma komandamız Gürcüstan toplanışında iki qələbə qazanıb

Yığma komandamız Gürcüstan toplanışında iki qələbə qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib.

Mediasport.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub edib.

Azərbaycan (U-16) - "Rustavi" 78:55

Azərbaycan (U-16) - "Pachulia Academy" 68:61