Bürünc medalçı yoxlama görüşündə "Xırdalan"ı məğlub edib

Bürünc medalçı yoxlama görüşündə "Xırdalan"ı məğlub edib

Azərbaycan Basketbol Liqasında çıxış edən komandalar 2023/2024-cü illər mövsümünə hazırlıqlarını davam etdirirlər.

Mediasport.az xəbər verir ki, "Xırdalan" komandası ötən mövsümün bürünc mükafatçısı "NTD-İndiqo" ilə yoxlama oyunu keçirib.

Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan qarşılaşma "NTD-İndiqo"nun 70:65 hesablı qələbəsi ilə bitib.