ÇL-də ilk dəfə oynayacaq ölkə çempionunun rəqibi müəyyənləşdi
"Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi açıqlanıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin "Norrçöpinq Dolfins" klubu ilə qarşılaşacaq.
Matçlar sentyabrın 15-22-də baş tutacaq. Bakı klubu bu mərhələni adlasa, müntəzəm mövsümdə çıxış edəcək.
Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.