Ümummilli Liderin yubileyinə həsr olunmuş yarış keçiriləcək

Ümummilli Liderin yubileyinə həsr olunmuş yarış keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şose velosipedinin qrup ötüşməsi üzrə həvəskarlar arasında “Sürətlə pedalla” adlı yarış keçiriləcək.

Mediasport.az xəbər verir ki, sentyabrın 10-da baş tutacaq yarış Ağ Şəhər Bulvarı ərazisində təşkil ediləcək.

Start və finiş yeri Hərbi Qənimətlər Parkının qarşısında əks istiqamətdəki yolda olacaq.