"Zirə" tarixinin bombardirini yenidən transfer etdi - RƏSMİ

"Zirə" tarixinin bombardirini yenidən transfer etdi - RƏSMİ

UEFA Avropa Liqasına hazırlıqları davam etdirən “Zirə” heyətini gücləndirib.

Mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası növbəti dəfə Davit Volkovu transfer edib.

"Sabah"dan ayrılan forvardla 2 illik müqavilə bağlanılıb.

Klub tarixinin ən çox qol vuran futbolçusu 2020-2022-ci illər aralığında "qartallar"ın formasını geyinib.

Gürcüstanlı hücumçu karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.