"Neftçi" və "Turan Tovuz" evdə məğlub olub - Premyer Liqa

"Neftçi" və "Turan Tovuz" evdə məğlub olub - Premyer Liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində daha 2 oyun keçirilib.

Mediasport.az xəbər verir ki, liqanın qeyri-sabit komandalarından "Neftçi" evdə "Sumqayıt"la qarşılaşıb.

"Ağ-qaralar" ilk hissədə hesabda önə keçsələr də, fasilədən sonra əzmkarlıq göstərən Samir Abasovun komandası "comeback" edərək rəqibdən 3 xalı qoparıb.

"Sabah" isə Tovuz səfərindən qələbə ilə qayıdıb.

Turun ilk matçında "Araz-Naxçıvan" evdə gözlənilmədən "Kəpəz"ə uduzub - 0:1.

Premyer Liqada 13-cü həftəyə sabah iki görüşlə yekun vurulacaq. "Zirə" "Qəbələ"ni qəbul edəcək, "Qarabağ" ən yaxın izləyicisi "Səbail"lə üz-üzə gələcək.


Azərbaycan Premyer Liqası. 13-cü tur


16:30. "Neftçi" – "Sumqayıt" 1:2

Qollar: Ataa Caber, 34 - Masaki Murata, 56, Roy Kehat, 69.

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

“Neftçi Arena”

“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov , 4. Mark Tamaş, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 16. Lukas Melano, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.

Baş məşqçi: Adrian Mutu.

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski.

Baş məşqçi: Samir Abasov.


19:00. "Turan Tovuz" – "Sabah" 2:3

Qollar: Fərid Nəbiyev, 35 (pen.), Brunu Qonçalveş, 37 - Davit Volkov, 8, 25, 42.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Tovuz şəhər stadionu

"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k),2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov.

Baş məşqçi: Ayxan Abbasov.

“Sabah”: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 7. Boyan Letiç.

Baş məşqçi: Murad Musayev.