Azərbaycanın futzal yığması Seniçada 7 cavabsız qolla uduzdu

Azərbaycanın futzal yığması Seniçada 7 cavabsız qolla uduzdu

Futzal üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinada ilk beynəlxalq yoldaşlıq oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, yığmamız yerli milli komandaya böyük hesabla məğlub olub.

Komandalar iki gün sonra yenidən qarşılaşacaqlar.

Bu, millimizin AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəyi matçlar öncəsi son yoldaşlıq oyunu olacaq.

Beynəlxalq yoldaşlıq oyunu

Bosniya və Herseqovina - Azərbaycan 7:0

Qollar: Bilal Jeliç, 19:58, Adnan Kalajdiç, 25:31, 34:03, Josip Başkoviç, 28:15, Samir Qosto, 34:36, Srdan İvankoviç, 36:39, Dejan Pavloviç, 39:37.

Hakimlər: Farik Keço, Vedran Marçinko, Nikola Tadiç

Bosniya və Herseqovina: 1. Darko Milanoviç (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 5. Adnan Kalajdiç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Amir Baruçij, 14. Samir Qosto.

Baş məşqçi: Qoran Melher.

Azərbaycan: 1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 14. Ülvi Əliyev, 3. Nurlan Məmmədov, 9. Emil Həsənzadə, 12. Kamran Hacıyev (q), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov.

Baş məşqçi: Vitali Borisov.

Seniça, "Huseyn Smayloviç" Arenası.