Millimizin DÇ fiaskosu davam edir - 11 idmançımız medala həsrət qaldı

Millimizin DÇ fiaskosu davam edir - 11 idmançımız medala həsrət qaldı

Azərbaycan taekvondoçularının Bakıda keçirilən dünya çempionatında uğursuz çıxışları davam edir.

mediasport.az xəbər verir ki, fiaskoya uğrayan milli komandamızın bu gün daha 2 üzvü medal qazana bilməyib.

74 kq-da Eltac Qafarov və 62 kq-da Fatimə Məcidova da mundialla erkən vidalaşıb.

Ümumilikdə komandamızın 11 taekvondoçusu mübarizə aparıb və hamısı uğursuz olub. Minayə Əkbərova (46 kq), Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (65 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ümidləri doğrultmayıblar.

DÇ sabah başa çatacaq. Mundialın son günündə daha iki idmançımız dayanq üzərinə çıxacaq. +87 kq-da Həmidrza Bədriəliabadi və 53 kq-da Səmərruh Osmanova yarışacaq.