Milli komandalarımız beynəlxalq yarışa 11 idmançı ilə yollanacaq

Milli komandalarımız beynəlxalq yarışa 11 idmançı ilə yollanacaq

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutacaq taekvondo üzrə G2 kateqoriyalı yarışda milli komandalarımızda çıxış edəcək.

Mediasport.az xəbər verir ki, millimiz turnirdə 5 kişi, 6 qadın taekvondoçu ilə təmsil olunacaq.

Kişilərdən ibarət komandanın çalışdırıcısı Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Milad Beiqi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kq) şans verəcəklər.

Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) yoxlayacaq.

Sabah səfərə yollanacaq komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.

Xatırladaq ki, yığma Bakıya fevralın 5-də dönəcək.