Taekvondo millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
Mayın 9-da Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə Avropa çempionatı start götürəcək.
Mediasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi əsas heyətlə mübarizə aparacaq.
Baş məşqçi Məmməd Abdullayev və Elnur Amanov yarışda Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Riyad Şirəliyev (63 kq), Yaşar Məmmədli (68 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq) və Hamidreza Badrialiabadiyə (+87 kq) şans verəcək.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə çempionatda Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Nigar Abdullayeva (53 kq) və Leyla Bəşirovanı (57 kq) sınayacaq.
Yarışda beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva referilər sırasında yer alacaq.
Bu gün səfərə yollanan komandaya rəhbərliyi isə Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Anar Surxayzadə edəcək.