Taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Uşaqlar arasında taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunan yarışın sonuncu günündə 8 çəki dərəcəsi üzrə döyüşlər baş tutub.
Oğlanlar arasında 5, qızlarda 3 dəst medal öz sahibini tapıb.
Birinciliyə 446 (351 oğlan, 95 qız) taekvondoçu qatılıb.
Yarışda 20 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.