Albaniyadakı dünya çempionatında 10 güləşçimiz mübarizə aparacaq

 Albaniyadakı dünya çempionatında 10 güləşçimiz mübarizə aparacaq

28-31 oktyabrda Albaniyada qeyri-olimpiya çəkilərində baş tutacaq güləş üzrə dünya çempionatının iştirakçılarının sayı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Tiranadakı turnirdə 12 çəkidə 300-ə yaxın idmançı birincilik mübarizəsi aparacaq.

Azərbaycan millisi Tiranada 10 idmançı ilə təmsil olunacaq.

Xatırladaq ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə qaliblər və mükafatçılar müəyyənləşəcək.

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri

28-31 oktyabr

Sərbəst güləşçilər

Nurəddin Novruzov (61 kq)

Əli Rəhimzadə (65 kq)

Orxan Abasov (79 kq)

Aslan Abakarov (92 kq)

Yunan-Roma güləşçiləri

Eldəniz Əzizli (55 kq)

Nihat Məmmədli (63 kq)

Ülvi Qənizadə (72 kq)

Qurban Qurbanov (82 kq)


Qadın güləşi

Alyona Kolesnik (59 kq)

Elis Manolova (65 kq).