Yığmamız üçüncü oldu
Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U-20) arasında güləş üzrə “Çempionlar” turniri başa çatıb.
mediasport.az xəbər verir ki, turnirin son günündə Azərbaycanın sərbəst güləşçiləri daha 2 medal qazanıblar.
Ramik Heybətov (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əkbər Vəliyev (74 kq) bürünc medalla kifayətlənib.
Onlara qədər təmsilçilərimiz əvvəlki günlərdə 8 medal (2 qızıl, 2 gümüş və 4 bürünc) qazanmışdılar. Beləliklə, ümumilikdə 10 medal əldə edən Azərbaycan yığması 140 xalla komanda hesabında 3-cü yeri tutub.