Azərbaycan idmançıları BRİCS Oyunlarında daha 2 medal qazanıb
Azərbaycanın iki qadın güləşçisi Tatarıstanın Kazan şəhərində keçirilən BRİCS Oyunlarında fəxri kürsüyə qalxıb.
Mediasport.az xəbər verir ki, 53 kq-da yarışan Elnurə Məmmədova bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
55 kq-da təmsilçimiz Gültəkin Şirinova isə 3-cü yeri tutub.
Xatırladaq ki, Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 11-ə çatıb (3 qızıl, 3 gümüş və 5 bürünc medal).