"Kəpəz"də yeni müqavilə - RƏSMİ

"Kəpəz"də yeni müqavilə - RƏSMİ

"Kəpəz" futbolçusu Tural Rzayevlə müqaviləni yeniləyib.

MediaSport.az xəbər verir ki, yarımmüdafiəçi daha bir il "sarı-göylər"də çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Tural Rzayev ötən mövsüm 26 oyunda meydana çıxıb.