Sonuncu yeri tutan baş məşqçi: "Uşaqların çıxışından razı qaldıq"

Sonuncu yeri tutan baş məşqçi: "Uşaqların çıxışından razı qaldıq"

Avropa çempionatındakı oyunlar bizim üçün böyük dərs, təcrübə oldu. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq. Çətin qrupda mübarizə aparacağımızı bilirdik".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisinin baş məşqçisi İlham Yadullayev deyib.

O, Avropa çempionatının seçmə mərhələsindəki oyunların nəticələrini dəyərləndirib, çətin qrupa düşdüklərini bildirib:

“Hər matçdan əvvəl rəqibə individual yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər.

İlk matçda Macarıstanla bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq.

Yunanıstan yığması ilə görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq.

Son turda Rumıniya seçməsi ilə qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik. Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq".

U-17 Rumıniyada təşkil olunan yarışda 1 xalla qrup sonuncusu olub.

Macarıstana 0:4, Yunanıstana 0:3 hesabları ilə uduzan yığma son turda Rumıniya ilə bərabərə qalıb - 1:1.