"Kayzerslautern"ə məğlub olan "Qarabağ" Çexiya klubuna qarşı

"Kayzerslautern"ə məğlub olan "Qarabağ" Çexiya klubuna qarşı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama matçına çıxıb.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Almaniyanın "Kayzerslautern" kollektivi ilə üz-üzə gəlib.

Görüş Almaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubu Bakı vaxtilə saat 20:00-da Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək.

"Qarabağ" Tirolda 4 yoldaşlıq oyununda qüvvəsini sınayacaq, digər rəqiblər hələlik müəyyənləşməyib.


Beynəlxalq Yoldaşlıq görüşü


"Qarabağ" (Azərbaycan) - "Kayzerslautern" (Almaniya) 1:3

Qollar: Elvin Cəfərquliyev, 70 - Yannis Höyer, 23, Marlon Ritter, 39, Boris Tomyak, 47-pen.

Qaçırılmış penalti: Aleksey İsayev, 45.

"Qarabağ" (start heyət): Amin Ramazanov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Abbas Hüseynov, Mateuş Silva, Patrik Andrade, Aleksey İsayev, Hamidu Keyta, Nəriman Axundzadə. Musa Qurbanlı, Redon Cica.