"Kəpəz"in təlim-məşq toplanışını harada keçirəcəyi dəqiqləşib

"Kəpəz"in təlim-məşq toplanışını harada keçirəcəyi dəqiqləşib

"Kəpəz" futbol klubunun Azərbaycan Premyer Liqasının ikinci hissəsinə harada hazırlaşacağı müəyyənləşib.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, qərblilər mövsümün qalan yarısı üçün hazırlığı Gəncədə keçirəcəklər.

"Sarı-göylər" yanvarın 4-də Gəncə şəhər stadionunda bir araya gələcəklər.

Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərdən ikisi məlumdur - "Qəbələ" və "Araz-Naxçıvan".

Bu komandalarla yoxlama matçları müvafiq olaraq yanvarın 10-u və 15-nə təyin edilib.

Görüşlərin yeri və saatı barədə məlumat qarşıdakı günlərdə veriləcək.