5-ci Dünya Köçəri Oyunları: Aba güləşi üzrə idmançımız 3-cü oldu

  5-ci Dünya Köçəri Oyunları: Aba güləşi üzrə idmançımız 3-cü oldu

Qazaxıstanın Astana şəhərində keçirilən 5-ci Dünya Köçəri Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, aba güləşi yarışında idmançımız Ağani Məmmədov (90 kq) bürünc medal qazanıb.

Buna qədər qazaq güləşində Ülviyyə Bayramova (52 kq), Elşən Dünyamalıyev (55 kq) bürünc, Eyvaz Baxşıyev (60 kq) və Emil Həsənov (74 kq) gümüş medala yiyələnib, alış idman növündə Şəhanə Alməmmədova (75 kq) və Cəsur Mehdiyev (80 kq) üçüncü olub.