Federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü

Federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü

Azərbaycan Gimnastika Federasiyası (AGF) yeni talismanlarını təqdim edib.

Mediasport.az xəbər verir ki, maskotlar zərif ceyran və cəsur tülküdür.

AGF talismanlara ad seçmək məqsədilə federasiyanın sosial şəbəkələrinin izləyiciləri arasında müsabiqə elan edib.

Ceyran və tülkü üçün ən yaradıcı və uyğun adların müəllifləri dəyərli hədiyyələr qazanacaqlar.

Müsabiqədə iştirak üçün son tarix 15 apreldir.