Azərbaycan idmançıları Macarıstanda 11 medal qazanıblar
Azərbaycan sumoçuları Macarıstanın Erd şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
Mediasport.az xəbər verir ki, böyüklər arasında Sadiq Ağamaliyev mütləq çəkidə qızıl, 115 kq çəki dərəcəsində isə gümüş medal qazanıb.
Xəyyam Abdullayev (77 kq) qızıl, Rəşad İbrahimov (70 kq) bürünc medala sahib olublar.
Gənclərin mübarizəsində Rəşad İbrahimov (70 kq) qızıl, Rüfət Quliyev (65 kq) bürünc medala layiq görülüblər.
Yeniyetmələr kateqoriyasında Nurlan Musayev (55 kq), Rüfət Quliyev (60 kq), Rəşad İbrahimov (70 kq) gümüş, Əhəd Rzayev (70 kq) bürünc medal əldə ediblər.
Kadetlər arasında Nurlan Musayev (45 kq) qızıl medala layiq görülüb.