Avropa çempionatı: Cüdoçularımız Pila şəhərində mübarizəyə başlayır
Polşada 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürür.
Mediasport.az xəbər verir ki, Pila şəhərindəki turnirin ilk günündə 9 cüdoçumuz birincilik uğrunda yarışacaq.
Qadınların mübarizəsində Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), kişilərin yarışında Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rüfət Şövlətov və Əbil Yusubov (hər ikisi 73 kq) mübarizə aparacaqlar.
Xatırladaq ki, turnirdə ölkəmizi 15 cüdoçu təmsil edir.