5-ci Dünya Köçəri Oyunları: Qazaq güləşi üzrə 2 idmançımız 3-cü oldu
Qazaxıstanın Astana şəhərində 5-ci Dünya Köçəri Oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, qazaq güləşi yarışında idmançımız Elşən Dünyamalıyev (55 kq) monqolustanlı Qantuq Bayantura qalib gəlib və bürünc medal qazanıb.
Ülviyyə Bayramova (52 kq) da moldovalı Mariya Leordu üstələyərək üçüncü olub.