Azərbaycan atleti Qazaxıstan turnirində bürünc medal qazanıb
Azərbaycan atleti Rüstəm Məmmədov Qazaxıstanın Almatı şəhərində Dünya Atletikasının bürünc səviyyəli yarışı olan XXXIII Qusman Kosanov Memorialında uğurlu çıxış edib.
Mediasport.az xəbər verir ki, idmançımız üçtəkanla tullanmada 16.12 metr nəticə göstərib.
Təmsilçimiz yekunda bürünc medal qazanıb.