2 taekvondoçumuz 1/4 finalda, 2-si məğlub oldu - Avropa Oyunları
Azərbaycanın 4 taekvondoçusu Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.
MediaSport.az xəbər verir ki, 54 kq-da yarışan Səyyad Dadaşovla 58 kq-dakı təmsilçimiz Qaşım Maqomedov qələbə qazanaraq 1/4 finala çıxıb.
Qadınların mübarizəsində Patimat Abakarova (49 kq) və Minayə Əkbərova (46 kq) isə startda məğlub olublar.