Fətəliyeva irəlilədi, Şəhriyar gerilədi, Nicat "100-lüy"ə düşmədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.
Mediasport.az Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) bir pillə geriləyərək 18-ci sıraya enib.
Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) 27-ci yerə qalxıb.
Aktivində 2651 xal olan Rauf Məmmədov 87-ci sıraya düşüb, Nicat Abasov isə yenə ilk “100-lük”dən kənarda qalıb.
Qadın şahmatçılarımıza gəlincə, ötən gün Yunanıstanda fərdi Avropa çempionatında qalib olan Ülviyyə Fətəliyeva (2378) 1 pillə irəliləyərək 72-ci sıraya çıxıb.
Günay Məmmədzadə 2436 xalla 35-ci, Gövhər Beydullayeva 2412 xalla 45-ci, Xanım Balacayeva 2376 xalla 74-cü, Gülnar Məmmədova 2360 xalla 90-cı pillədə yer alıb.
Kişi şahmatçıların sıralamasına 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir, qadınların reytinqində isə lider 2633 xalla çinli Yifan Houdur.