50 ölkədə yayımlanacaq Avropa Oyunlarının medalları təqdim edildi
İyunun 21-də Polşanın Krakov şəhərində start götürəcək 3-cü Avropa Oyunları dünyanın 50 ölkəsində canlı yayımlanacaq.
mediasport.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsi məlumat yayıb.
İyulun 2-dək keçiriləcək yarışda 48 ölkədən 7000-dək idmançı iştirak edəcək.
Oyunların medalları da təqdim edilib. Medallarda Polşa tarixində mühüm yer tutan qartal simvolu əks olunub. O, idman dəyərlərini özündə birləşdirən gücü, ümidi, liderliyi, qələbəni, ilham və cəsarəti ifadə edir.
İlk Avropa Oyunları 2015-ci ildə Bakıda, 2-ci isə Belarusun paytaxtı Minskdə keçirilib.