Avropa çempionatında Azərbaycanı 17 cüdoçu təmsil edəcək - SİYAHI
Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 22-25 iyun tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb.
MediaSport.az xəbər verir ki, ölkəmiz Portuqaliyanın Odivelas şəhərində keçiriləcək yarışda 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.
Yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 6 beynəlxalq yarışda iştirak edib. Həmçinin, cari il ərzində Polşada, Türkiyədə, Çexiyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.
Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.
Qeyd edək ki, idmançılar 22-24 iyun tarixlərində çempionatın fərdi yarışlarında, 25 iyunda isə komanda yarışlarında iştirak edəcək. Xanəhməd Şərifov, Əli Qazıməmmədov və Eldar Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.
Komandamız AÇ-yə aşağıdakı heyətlə qatılacaq:
Qızlar
-40 kq.
Nigar Məmişova
-44 kq.
Aytac Yolçuzadə
-48 kq.
Vüsalə Hacıyeva
-52 kq.
Xədicə Qədəşova
Aytən Verdiyeva
-57 kq.
Fidan Qasımova
-63 kq.
Kamilla Toholiyeva
Oğlanlar
-50 kq.
Məhəmməd Məmişov
Əhməd Rüstəmov
-55 kq.
Mirxaliq İskəndərov
Fərid Qarayev
-60 kq.
Məhəmməd Musayev
-66 kq.
Əbil Yusubov
Mehdi Cəfərov
-73 kq.
Süleyman Şükürov
-81 kq.
Aslan Kotsoyev
+90 kq.
Ramazan Əhmədov