Ramazanova dünya çempionatında 90 iştirakçı arasında 85-ci oldu
Peruda atıcılıq üzrə gənclər arasında dünya çempionatı keçirilir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı atıcı Nigar Ramazanova tüfənglə 10 m məsafədən atəş açmada Limada hədəf önünə keçib.
Milli üzvü təsnifat mərhələsində 604,4 xal toplayıb. Snayperçimiz 90 iştirakçı arasında 85-ci olub.
Xatırladaq ki, turnir 7 oktyabra qədər davam edəcək.