Yığmamız Çimkənd şəhərində təlim-məşq toplanışına start verib

Yığmamız Çimkənd şəhərində təlim-məşq toplanışına start verib

Yunan-Roma güləşi üzrə gənclərdən (U-20) ibarət milli Qazaxıstana yollanıb.

Mediasport.az xəbər verir ki, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.

Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.

Komandamız hazırlıq prosesini başa vurduqdan sonra 11-13 martda Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək. 

Heyətdə bu güləşçilər yer alıblar:

55 kq Rahim Həsənov, Hüseyn Savadov

60 kq Tural Əhmədov, Rəhman Kərimov

63 kq Məhəmməd Şükürzadə, Fərid Baxışlı

67 kq Fərid Xəlilov, Təvəkgül Həziyev, Fəraim Mustafayev

72 kq Ruslan Nurullayev, Faiq Səfərli, Kamran Rəcəbli

77 kq Davud Məmmədov, Kənan Abdullazadə  

82 kq İsmayıl Rzayev

87 kq Əli Quliyev, Cocu Səmədov

130 kq Məzaim Mərdanov