Azərbaycan milli komandaları "Drakula" turnirinə yollanıblar

  Azərbaycan milli komandaları "Drakula" turnirinə yollanıblar

Boks üzrə Azərbaycan milli komandaları "Drakula" beynəlxalq turnirində mübarizə aparacaqlar.

Mediasport.az xəbər verir ki, yarış Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında keçiriləcək.

Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov yarışda Əli Məmmədov (46 kiloqram), Zakir Həsənzadə (48 kiloqram), İsmayıl Rzayev (50 kiloqram), Bağır Əmirxanlı, Raul Heydərli (hər ikisi 52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Haqverdi Həsənov, Tamerlan Əlimzanov (hər ikisi 57 kiloqram), Nurlan Abışov (60 kiloqram), Kənan Aslanlı (63 kiloqram), Valeh Eyvazlı (66 kiloqram), Rza Rzayev (70 kiloqram), İsmayıl Vəliyev (75 kiloqram), Əmir Abbasov (80 kiloqram) və Səftər Məmmədzadəni (+80 kiloqram) sınayacaq.

Gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kiloqram), Elbrus Kərimli (57 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Abbasqulu Şadlinski (67 kiloqram) və Ziya Həsənov (71 kiloqram) mübarizə aparacaqlar.

"Drakula" turnirində Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edəcək.

Xatırladaq ki, yarışın final döyüşləri fevralın 17-18-də olacaq və yığma komandalarımız ayın 19-da Azərbaycana qayıdacaq.