ABL-də 5-ci tura yekun vurulub: "Xəzri" liderlik mövqeyinə qayıdıb

ABL-də 5-ci tura yekun vurulub: "Xəzri" liderlik mövqeyinə qayıdıb

Azərbaycan Basketbol Liqasında 5-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

"Şəki" yerli Olimpiya İdman Kompleksində iddialı “Xəzri” ilə qarşılaşıb.

Bakı təmsilçisi qələbə qazanaraq (63:52) turnir cədvəlində yenidən liderliyə yüksəlib.

Ən məhsuldar basketbolçular “Şəki”dən Pol Dibal (15 xal, 6 ribaund), “Xəzri”dən isə Endryu Platek (18 xal, 1 ribaund) olublar.

Qeyd edək ki, turun digər duellərində "Cəlilabad" "Sumqayıt"a, "NTD-İndiqo" "Xırdalan"a, "Neftçi" isə "Sabah"a qalib gəlib.