"Çoxlu səhvlər buraxdıq, rəqib böyük fərq yaratdı" - Aleks Uco
"Oyuna pis başlamadıq. Amma sonradan müdafiədə yaxşı oynaya bilmədik".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Liqasının 11-ci turunun "Sərhədçi" ilə oyunundan sonra "Şəki"nin baş məşqçisi Aleks Uco deyib (112:82).
O, əsas basketbolçularının zədəli olduğunu vurğulayıb:
"Çoxlu səhvlər buraxdıq, rəqib böyük fərq yaratdı. Halbuki son 20 dəqiqə bizim üçün pis keçməmişdi. Bizim əsas oyunçumuz zədəlidir və oyunu buraxırdı. Onun yoxluğu təsirsiz ötüşmədi. Yeni komandamız var. Ümid edirəm, vəziyyətdən çıxa biləcəyik".