Hakimi təhqir edən klub rəsmisi beş oyunluq diskvalifikasiya edildi

 Hakimi təhqir edən klub rəsmisi beş oyunluq diskvalifikasiya edildi

AFFA-nın İntizam Komitəsi U-15 liqasının "Asta" - "Şamaxı" oyununda futbolçular arasında yaşanan qalmaqala münasibət bildirib.

Mediasport.az xəbər verir ki, meydan sahiblərinin rəsmisi Rüstəm Əliyev qarşılaşmanın 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalanıb və AFFA onu 5 oyunluq diskvalifikasiya edib.

Qarşılaşma bitdikdən sonra "Asta"nın klub rəsmiləri və futbolçuları təhqiredici ifadələrdən və jestlərdən istifadə ediblər. AFFA kluba ciddi xəbərdarlıq etməklə kifayətlənib.