Azərbaycanı Avropa Kubokunda hansı cüdoçular təmsil edəcəklər?

  Azərbaycanı Avropa Kubokunda hansı cüdoçular təmsil edəcəklər?

Azərbaycanı Yunanıstanın Saloniki şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib.

Mediasport.az xəbər verir ki, komandamız yarışa 20 idmançı ilə qatılacaq.

Anar Quliyev (50 kq), Rüstəm Qasımzadə, Emil Hüseynli, Məhəmmədəli Hüsiyev, Məhəmməd Rüstəmli (hamısı 55 kq), Zeyd Ələsgərov, İlkin Qarayev, Abdullah Kərimov (hamısı 60 kq), Ayxan Ələkbərov, Özqan Quliyev, Fəxri Sahibzadə (hamısı 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kq), Məhəmməd Abbasəli, Amin Mehdiyev, Abdullah Rəhmətov (hamısı 81 kq), Səid Hüseynov (90 kq), Sübhan Axundov, Tunar Fərzəliyev və Cavidan Məsimov (hamısı +90 kq) mübarizə aparacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək.

Avropa Kuboku noyabrın 23-24-də baş tutacaq.